Çərşənbə axşamı, 24 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yunanıstanda matəm elan edildi 

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofiya məscidi ibadət üçün qapılarını açdığına görə Yunanıstanda bir günlük matəm elan olunub.

“HaberGlobal” məlumat verir ki, Aya Sofiyada cümə namazı qılınmağa başlayandan bir neçə saat əvvəl Yunanıstanda kilsələrdə bayraqlar yarıya qədər endirilib.

Yunan kilsəsinin Baş yepiskopu Yeronimos Aya Sofiyanın məscidə çevrilməsini “dinə əks olan çirklənmə” adlandıraraq, “bu gün bütün xristian dünyası üçün matəm günüdür” deyib.

O bildirib ki, bu axşam Müqəddəs Məryəmin şərəfinə xüsusi ritualda “Akasist” ayinini oxuyacaqlar.

Qeyd edək ki, eyni mərasim 1453-cü ildə Osmanlı dövlətinin İstanbulu fəthi zamanı təşkil olunub.

86 il sonra Aya Sofiyanın ibadətə açılması dünya mətbuatında böyük maraq yaradıb. Aya Sofiya məscidində Quran oxunması Yunanıstan televiziyasında canlı olaraq yayımlanıb.

Digər tərəfdən, müxtəlif dini və millətçi qrupların bir çox şəhərlərdə, xüsusən Afina və Salonikidə etiraz aksiyaları keçirməsi gözlənilir.

İstanbulun fəthinə qədər 916 il ərzində kilsə olaraq, 1453-cü ildən 1934-cü ilə qədər məscid kimi istifadə edilən Aya Sofya 86 il muzey kimi fəaliyyət göstərib.(oxu.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Biləsuvarda toy karvanında bir avtomobildə olan bütün şəxslər həyatını itirib - Təfərrüatlar + Yenilənib

Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib - Yenilənib

Əli Karakinin öldüyü xəbəri yayıldı, Hizbullah təkzib edir

Şəmkirdə 28 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Qazaxın icra başçısı, məhkəməsi və işdən qovulan müəllimə...

“Yelo Bank” daha 43 nəfəri evindən çölə atır - Siyahı

İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 492-yə çatıb

Şəmkirdə 3 nəfəri cərəyan vuraraq öldürüb - Foto, Yenilənib

Bakının “Gənclik” parkında ağacəkmə aksiyası keçirilib - Foto

Ceyhun Bayramov Lüksemburqun Baş nazirinin müavini ilə görüşüb

Ən çox oxunanalar